İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb

  • 17:10 - 05 Aprel

Aprelin 5-də İndoneziyanın Səhiyyə Nazirliyi son sutka ərzində ölkədə 181 nəfərin COVID-19 koronavirusuna yoluxması barədə məlumat yayıb. Beləliklə, İndoneziyada həmin virusa yoluxanların ümumi sayı 2273 nəfərə çatıb.

Bazar günü növbəti mətbuat konfransında çıxış edən İndoneziya Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası üzrə baş direktoru Əhməd Yurianto bildirib ki, daha yeddi nəfər həmin xəstəlikdən ölüb. Bununla da ölkə üzrə koronovirusdan ölənlərin ümumi sayı 198 nəfər olub. Həmin xəstəlikdən 164 nəfərin sağaldığı da qeyd edilib.

Eyni zamanda, bildirilir ki, paytaxt Cakartada koronavirusa yoluxma ilə bağlı 96 yeni hal qeydə alınıb və bu xəstələrin ümumi sayı 1124 nəfər təşkil edib. Bununla yanaşı, Şərqi Yavada 36, Papuada və Cənubi Kalimantanda isə 8 belə hal qeydə alınıb. Virusa yoluxma halı ölkənin 34 əyalətindən 32-də qeydə alınıb.


Oxunma sayı: 6810

Oxşar yazılar