Xanım baş nazir koronavirusa görə tətbiq olunmuş komendant saatını pozanlar haqda : "Axmaqlar..."

  • 16:53 - 05 Aprel

 

Yeni Zelandiya baş naziri Jacinda Ardern yeni növ koronavirusun (Kovid-19) yayılmasının qarşısını almaq üçün ölkədə tətbiq olunan qismən komendant saatı qaydalarına əməl etməyənləri "axmaqlar" adlandırıb.

Avropa.info xəbər verir ki, baş nazir Jacinda Ardern səhiyyə naziri Ashley Bloomfield ilə keçirdiyi mətbuat konfransında, Covid-19-a qarşı apardıqları mübarizədən danışıb.

Komendant saatına əməl edən vətəndaşlarla fəxr etdiyini söyləyən Ardern, bəzi insanların hələ də qaydaları pozduğunu vurğulayıb. Ardern qaydalara əməl etməyənlərə sərt reaksiya göstərib:

"Qaydaları pozanlar üçün söylədiyim ən nəzakətli söz "axmaqlar" ola bilər. Bunlardan biri Christchurch şəhərində supermarketdə insanların üzərinə qəsdən ösgürən şəxsdir. Mən həmin adamı axmaq hesab edirəm" - baş nazir belə deyib.

Səhiyyə naziri Dr. Bloomfield isə ölkədə 1039 koronaviruslu xəstə olduğunu, 1 nəfərin öldüyünü, 156 nəfərin isə sağaldığını açıqlayıb.

Qeyd edək ki, martın 25-dən etibarən Yeni Zelandiyada komendant saatı tətbiq olunub.


Oxunma sayı: 4346

Oxşar yazılar