İspaniyada bir gündə 670-dən çox insan koronavirusdan öldü

  • 16:36 - 05 Aprel

Son bir gün ərzində İspaniyada koronavira yoluxanların sayı daha 6 min nəfər artaraq, 130 759-a çatıb.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ötən gün ölkədə daha 674 nəfər pandemiyanın qurbanı olub.

Nazirliyin məlumatına görə ölənlərin ümumi sayı 12 418 nəfərdir, 38 080 pasiyent sağalıb. Krallıqda son 24 saatda xəstələnənlərin və ölənlərin sayında azalma tendensiyası qeydə alınıb. Hakimiyyət daha əvvəl bildirib ki, ölkə koronavirusun yayılması pik həddə çatıb.

Pireney krallığı xəstəlikdən ölənlərin sayınə görə dünyada İtaliyadan sonra ikinci yeri tutur.


Oxunma sayı: 5457

Oxşar yazılar