Tovuz sakini qətlə yetirilib - YENİLƏNİB

  • 13:36 - 05 Aprel

Tovuzda tapılmış meyitin şəxsiyyəti məlum olub.

Avropa.info report-a istinadən xəbər verir ki, su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur. 

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***11:28

Tovuz rayonunda arxa atılmış kişi meyiti tapılıb.

Meyit Əhməd Cavad küçəsindəki tikilinin yaxınlığında tapılıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Meytin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6480

Oxşar yazılar