Ermənistanda koronavirusa yoluxanların sayı 800-ü ötdü

  • 12:50 - 05 Aprel

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 52 nəfər artıb.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 822-ə çatıb. Qeyd edilir ki, xəstəliyə yoluxmuş 57 nəfər sağalıb, 7 nəfər pandemiyanın qurbanı olub. 

Nazirlik bildirib ki, hazırda 720 nəfərin müalicəsi davam etdirilir. 3 477 nəfərin koronavirus testinin nəticəsi mənfi olub.


Oxunma sayı: 5248

Oxşar yazılar