Yaponiyada koronovirusa yoluxanların sayı 4 mini ötdü

  • 12:05 - 05 Aprel

Son məlumatlara görə Yaponiyada COVID-19 virusuna yoluxanların sayı 4134 nəfərə çatıb.

Avrpoa.info xəbər verir ki, Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin və yerli administrasiyaların birlikdə yaydığı məlumata görə, şənbə günü virusa yoluxanların sayı daha 292 nəfər artıb. Artım tempinə görə birinci yerdə gedən Tokionun hakimiyyət orqanları koronavirusa yoluxanlar üçün çarpayı-yerlərin sayını 750-dən 900-dək artırmağa məcbur olublar. Bundan əlavə, paytaxt rəhbərliyinin xəstəliyin simptomları zəif olanlar üçün otellərdə yer ayırmaq planı barədə məlumatlar da yayılıb.

 


Oxunma sayı: 4610

Oxşar yazılar