Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

  • 11:40 - 05 Aprel

Koronavirusla əlaqədar Özbəkistanda aprelin 5-dən karantin rejimi daha da sərtləşdirilib.

Avropa.info xəbər verir ki, bu gündən küçəyə velosiped və skuterlərlə də çıxmaq qadağan olunub.

Qeyd edək ki, Özbəkistanda martın 16-dan aprelin sonunadək xarici ölkələrlə nəqliyyatın, martın 27-dən vilayətlər arasında ictimai nəqliyyatın hərəkətinə, martın 30-dan aprelin 20-dək fərdi maşınların küçəyə çıxmasına tam qadağa qoyulub. Dövlət və xidmət sahələrinin maşınları xüsusi icazə vərəqələri ilə işləyir. Ölkədə koronavirusa tutulanların sayı 266 nəfərdir.


Oxunma sayı: 6821

Oxşar yazılar