İsraildə koronavirusa yoluxanların sayı 8 min nəfəri ötdü

  • 11:25 - 05 Aprel

İsraildə koronavirusa yoluxanların sayı 8018-ə çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, COVID-19-dan ölənlərin sayı 46-ya yüksəlib. İsraildə yeni virusa yoluxmuş 477 xəstə sağalıb. 

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 


Oxunma sayı: 6579

Oxşar yazılar