Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - Foto

  • 23:07 - 04 Aprel

Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub.

Avropa.info xəbər verir ki, "COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.


Oxunma sayı: 4280

Oxşar yazılar