Türkiyədə “Kargu-2” pilotsuz uçuş aparatını sınaqdan keçirib

  • 16:34 - 04 Aprel

Türkiyənin Müdafiə Sənayesi İstehsalat Birliyi (SSB) əsasən terrorçuluqla mübarizədə istifadə üçün nəzərdə tutulan yeni “Kargu-2” pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib. 

Avropa.info xəbər verir ki, bununla bağlı SSB-nin “Twitter” səhifəsində video paylaşılıb. 

“Kargu-2”nin sınaq uçuşlarını əks etdirən videoda bildirilir ki, artıq təhlükəsizlik qüvvələrinə təhvil verilən yeni PUA kəşfiyyat məlumatları toplamaqla bərabər, partlayıcı daşımaq imkanına da malikdir. 
 


Oxunma sayı: 5501

Oxşar yazılar