Ukraynada koronovirusa yoluxanların sayı mini ötüb, 28 nəfər ölüb

  • 15:50 - 04 Aprel

Ukraynada koronavirusa yoluxanların sayı 1096 nəfərə çatıb ki, bunlardan da 78-i uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insandır. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 28 nəfərə çatıb, onlardan 9-u kişi, 19-u isə qadındır. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. Ukraynada 23 nəfər koronavirusdan tam müalicə alaraq evlərinə qayıdıb.


Oxunma sayı: 6348

Oxşar yazılar