"Türk Hava Yolları" bütün daxili reysləri dayandırır

  • 13:12 - 04 Aprel

"Türk Hava Yolları" şirkəti aprelin 20-dək bütün daxili reysləri dayandırır.

Avropa.info xəbər verir ki, bunu şirkətin baş direktoru Bilal Ekşi öz "Twitter" səhifəsində yazıb.

Qərar koronavirusla mübarizə çərçivəsində qəbul edilib.

B.Ekşi xatırladıb ki, Türkiyə hökuməti 15 gün müddətində ölkənin 30 iri şəhəri arasında aviaəlaqəni məhdudlaşdırıb. İndi isə daha 14 şəhər arasında uçuşlar dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl "Türk Hava Yolları" bütün beynəlxalq uçuşları dayandırdığını elan etmişdi.


Oxunma sayı: 5710

Oxşar yazılar