Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı

  • 12:22 - 04 Aprel

Bakının Yasamal rayonu Talıblı küçəsində kişi özünü doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşən pilləkən meydançasından ataraq intihar edib.

Avropa.info xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə aprelin 3-ü, saat 14:15 radələrində baş verib.

İntihar edənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Onun zahiri görünüşü 50-60 yaşlarındakı kişini xatırladır.

İlkin məlumatlara görə, kişi intihar etdiyi evdə yaşamayıb.

Faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Oxunma sayı: 7998

Oxşar yazılar