Gürcüstanda yoluxma halı 156-ya qalxdı

  • 12:06 - 04 Aprel

Gürcüstanda sutka ərzində qeydə alınan Kovid-19 infeksiyasına yoluxma halı 8 nəfər artaraq, 156-ya çatıb.

Avropa.info xəbər verir ki, bu barədə ölkə Səhiyyə Nazirliyi məlumat yayıb. 5 mindən çox ölkə vətəndaşının karantində saxlanıldığı bildirilir. Onların demək olar hamısı başqa ölkələrdən gəlib.

Gürcüstanda 21 aprelədək fövqəladə vəziyyət elan edilib.


Oxunma sayı: 6106

Oxşar yazılar