Yunan gəmisində səyahət edən 65 Türkiyə vətəndaşında Kovid-19 çıxdı

  • 11:30 - 04 Aprel

Yunanıstanın Pirey limanında lövbər salıb karantin rejimi tətbiq olunan " El. Venizelos" kruiz gəmisində olan 65 Türkiyə vətəndaşında koronovirus tapılıb.

Avropa.info xəbər verir ki, xəstələrdən iksinin xəstəxanaya aparıldığını deyən Yunanıstan Səhiyyə Nazirliyi gəmidəki qalan 119 nəfərin karantin rejimində saxlanılacağını bildirib.

Virus aşkarlanan şəxslərin simptomlar vermədiyi və vəziyyətlərin yaxşı olduğu bildirilir.

Koronovirus aşkarlanana sərnişinlərdən 65-i Türkiyə, 17-i İndoneziya, 16-ı Ukrayna, 5-i Yunanıstan, 3-ü Moldova, 2-i Kuba, 2-i ABŞ, 1 Bolqarıstan, Qırğızıstan və Belarus vətəndaşı var.

Virusa müəyyən edilməyən 261 nəfərdən 230-nun isə 14 gün ərzində karantində saxlanılacağı, daha sonra Afinadakı otellərə yerləşdirilib ölkələrinə göndəriləcəyi bildirilir.


Oxunma sayı: 7074

Oxşar yazılar