ABŞ ordusunu sarsıdan nəticə - Yüzlərlə hərbçi koronovirusa yoluxdu

  • 10:32 - 04 Aprel

ABŞ Müdafiə Nazirliyinin əmrində olan xidməti personal, hərbçilər və ailə üzvlərində Kovid-19 koronovirusuna yoluxanların sayı 1648 nəfər olub, ölü sayı isə 6-ya qalxıb.

Avropa.info xəbər verir ki, Pentaqonun yaydığı məlumatda 978 hərbçinin analizinin nəticəsi müsbət çıxdığı bildirilir. 1 hərbçi vəfat edib.

Xidməti personaldan isə 306 nəfərin analiz nəticəsi müsbət çıxıb, 2 nəfər həyatını itirib.

Hərbçilərin ailə üzvlərində yoluxma sayı 256, ölü sayı 1 olaraq qalıb. Müqavilə əsasında xidmət edən personalda yoluxma sayı 108, ölü sayı 2 nəfər qeydə alınıb.


Oxunma sayı: 5721

Oxşar yazılar