İngiltərə, Fransa və Kanada İraqdan qoşunlarını çıxardır : ABŞ isə 3 hərbi bazasını boşaltdı - Koronavirus xofu

  • 00:55 - 04 Aprel

Kanada İraqdan əsgərlərini çıxartmaq haqda qərar verib. 

Avropa.info xəbər verir ki, Kanada hökumətindən edilən açıqlamada, bunun koronavirusla bağlı olduğu bildirilib. 

Xatırladaq ki, bundan öncə Fransa və İngiltərə də İraqdakı əsgərlərini koronavirus səbəbindən geri çəkmə haqda qərar vermişdi. ABŞ isə İraqdakı 3 hərbi bazasını boşaldaraq, əsgərlərini İraqın şimalına çəkmişdi. 

Qeyd edək ki,  İraqda 772 nəfər koronaviruslu xəstə aşkarlanıb, 54 nəfər isə həyatını itirib.


Oxunma sayı: 16765

Oxşar yazılar