İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”

  • 00:01 - 04 Aprel

İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərməyəcəklər.

Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bunu Real TV-nin efirində deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 2-də verdiyi 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün icazə almasına ehtiyac yoxdur: "Onlar bu gün normal şəkildə çalışırlar. Ona görə də SMS-lə icazə alıb hərəkəti gerçəkləşdirməyə ehtiyac yoxdur".

İ.Məmmədov əlavə edib ki, işləmək icazəsi olan şəxslər öz avtomobillərindən sərbəst şəkildə istifadə edə biləcəklər: "Belə şəxslərjn avtomobil üçün əlavə icazə almasına ehtiyac yoxdur. Amma bu halda o, sərnişin daşıya bilməz. Eyni zamanda, avtomobilində kimsə varsa, onun da icazəsi olmalıdır".


Oxunma sayı: 11672

Oxşar yazılar