Maldini koronavirusdan sağalıb

  • 23:45 - 03 Aprel

"Milan"ın futbolçusu Daniel Maldini sağalıb.

Avropa.info apasport.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi koronavirus xəstəliyindən qurtulub.

Bunu 18 yaşlı hücumameyilli oyunçu özü açıqlayıb. O, növbəti testin mənfi çıxdığını söyləyib: "Özümü yaxşı hiss edirəm. Artıq koronavirusun əlamətləri qalmayıb. Fərdi məşqlərə başlamışam".

Qeyd edək ki, Danielin atası olan "Milan"ın əfsanəvi futbolçusu Paolo Maldini də koronavirus pandemiyasına yoluxub.


Oxunma sayı: 10209

Oxşar yazılar