Azərbaycanda hansı şəhər və rayonlarda nə qədər koronavirusa yoluxan var? - İlk dəfə açıqlandı (SİYAHI)

  • 21:52 - 03 Aprel

Azərbaycanda koronavirusun yayılma coğrafiyası ilk dəfə açıqlanıb.

Avropa.info xəbər verir ki, bu haqda koronavirusinfo.az saytı məlumat yayıb. Qeyd edək ki, Operativ Qərargah ancaq yoluxma hallarının sayına dair məlumatları açıqlayırdı, virusun hansı ərazidə neçə nəfərdə qeydə alındığı barədə məlumatlar isə qapalı idi.

İndi açıqlanan məlumatdan məlum olur ki,  infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.

 Onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

Koronavirus Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb. Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir.  Bundan başqa, Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 11 koronavirusa yoluxma halı qeydə alınıb. 

 

Regionlarda isə koronavirus ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).  Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.

Eyni zamanda koronavirus daşıyıcılarının 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.  


Oxunma sayı: 69961

Oxşar yazılar