Ömər Çelik : “Türkiyə COVİD-19-la mübarizədə bütün imkanlarını ortaya qoyub”

  • 20:42 - 03 Aprel

“Koronavirusla mübarizədə 2-3 həftə sonra xaotik durumun yaranmaması üçün Türkiyədə indidən müvafiq addımlar atılır”. 

Avropa.info apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Ö. Çelik deyib ki, hazırda bütün dünyada fəlakət halını alan yeni növ koronavirusla (COVİD-19) mübarizədə heç bir ölkə qabaqcadan tədbir görmək imkanına malik deyil: “Çünki bu pandemiya bəşəriyyət üçün gözlənilməz oldu. Türkiyə bu fəlakətlə mübarizə üçün bütün imkanlarını ortaya qoyub. Avropanın bəzi ölkələrində infeksiyanın yayılması zamanı müvafiq tədbirlər görülmədiyi ərəfədə, bu xəstəlik ölkəmizdə hələ müəyyənləşməmişdi. Biz 27 fevraldan sərhədlərimizi qapayıb, sərhəd bölgələrimizdə səhra xəstəxanaları qurduq. Odur ki, biz bu təhlükəli xəstəliyə milli həmrəyliklə mübarizəyə qalxdıq. Özəlliklə səhiyyə işçilərimiz bu işdə böyük fədakarlıq edirlər. Təəssüflər olsun ki, müəllimlərin müəllimi olan Cəmil Taşçıoğlu və Feriha Öz kimi dəyərli ziyalılarımız koronavirusun qurbanı oldular”. 

AKP sözçüsü həmçinin qeyd edib ki, vətəndaşlarda ruh düşkünlüyünə səbəb olacaq müzakirələrə yol verilməməlidir: “Bu xəstəliklə mübarizə üçün görüləcək tədbirləri insanlarda travma yaradacaq bir vəziyyətdə təqdim etmək lazım deyil”.


Oxunma sayı: 3686

Oxşar yazılar