Fransada koronavirus həbsxanalara da keçdi, ölənlər var

  • 19:40 - 03 Aprel

Fransa həbsxanasında 1 məhkum və 1 nəzarətçi koronavirusdan dünyasını dəyişib.

Avropa.info report-a istinadən xəbər verir ki, ölkə həbsxanalarında cəmi 48 nəfərə koronavirus diaqnozu qoyulub.

Bundan başqa, 928 məhkumun karantin altında olduğu vurğulanır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 040 000-i ötüb. Bunların 222 240 nəfəri sağalıb, 55 240 nəfəri isə ölüb.


Oxunma sayı: 6227

Oxşar yazılar