Türkiyə NATO-nun ilk virtual konfransını yarımçıq tərk etdi

  • 19:07 - 03 Aprel

Türkiyə NATO-nun ilk virtual konfransını vaxtından əvvəl tərk edib.

Avropa.info trend-ə istinadən xəbər verir ki, videokonfrans zamanı Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin danışıqları zamanı mart ayında iki ölkə sərhədində miqrantların ölümü ilə bağlı mübahisə yaranıb.

Türkiyəli nazir Mövlud Çavuşoğlu buna görə, Yunanıstanı təqsirləndirib. Yunanıstanlı nazir Nikos Dendias isə Ankaranı NATO dəyərlərinə zərbə vurmaqda ittiham edib.

Nəticədə M.Çavuşoğlu alyansın baş katibi Yens Stoltenberqin çıxışını gözləməyərək videokonfransı tərk edib.


 


Oxunma sayı: 5545

Oxşar yazılar