Tanınmış rejissor xalqa müraciət etdi: EVDƏ QALIN! – Video

  • 18:23 - 03 Aprel

Yeni tip koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə keçirilən “Evdə qal” sosial aksiyasına sənət adamları da qoşulublar. 

Avropa.info xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev koronavirus təhlükəsindən qorunmaq üçün vətəndaşlara müraciətində evdə qalmağın önəmindən bəhs edərək hər kəsi evdə qalmağa səsləyib:

“Əziz həmvətənlər! Bizi birləşdirən “Mədəniyyət” kanalından sizə müraciət edərək hamımız bir çağırış edirik, evdə qalın. Əzizlərinizi, özünüzü qorumaq üçün evdə qalın. Xalqımız, millətimiz üçün siz hamınız çox dəyərlisiniz...”

Ə. Lalayev səhnə üçün darıxdığını da gizlətməyib: “Əlbəttə, biz çox darıxırıq, işimiz üçün, teatrımız üçün, möhtəşəm səhnəmiz üçün. Biz bilirik ki, çox yaxın vaxtlarda hər birimiz yenidən iş yerimizə qayıdacağıq, sizə gözəl işlərimizi təqdim edəcəyik, yeni tamaşalarla sizi teatrımıza dəvət edəcəyik. Amma o günlər üçün təkcə bir tələb var: Evdə qalaq, özümüzü qoruyaq”.


Oxunma sayı: 5050

Oxşar yazılar