Kərkükdə bomba qoyulmuş avtomobil partladıldı

  • 17:20 - 03 Aprel

İraqın şimalında yerləşən Kərkük şəhərində bomba qoyulmuş avtomobil partladılıb.

Avropa.info xəbər verir ki, Kərkükü polis rəisi Əli Kamalın AA-ya verdiyi məlumata görə, partlayış Hadra rayonunda baş verib. Bir nəfər ağır yaralanıb.

Şəhər küçələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Məsuliyyəti heç kəs öz üzərinə götürməyib. 


Oxunma sayı: 5391

Oxşar yazılar