"Hələ də qızdırmam var" - İngiltərə baş nazirindən koronovirus mesajı

  • 17:03 - 03 Aprel

Kovid-19 analizi müsbət çıxan İngiltərə baş naziri virus simptomlarının özünü göstərməyə başladığını deyib.

Avropa.info xəbər verir ki, Conson sosial şəbəkədə paylaşdığı mesajda "Özümü yaxşı hiss etsəm də, hələ zəif də ola simptomlar özünü göstərir. Hələ də qızdırmam var" deyib.

Conson hökumətin tövsiyəsi ilə karantində qalacağını bildirib.

Son məlumata görə, İngiltərədə 2921 nəfər həyatını itirib. Sutka ərzində 569 ölüm faktı qeydə alınıb.

Epidemiyanın pikinin 12 aprel Pasxa bayramına düşəcəyi bildirilir. 


Oxunma sayı: 6282

Oxşar yazılar