Karantin rejimini pozmağa görə cəzalar - 5 il həbsə qədər

  • 16:21 - 03 Aprel

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimini pozan şəxslər məsuliyyətə cəlb edilir.

Avropa.info “report”a istinadən xəbər verir ki, qanunvericilikdə bununla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə,

  • fiziki şəxslər 100 manatdan 200 yüz manatadək,
  • vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək,
  • yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu əmələ görə,hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadəkməbləğdə cərimə edilir.
Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan RespublikasınınDaxili İşlər Nazirliyi baxır.
İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçünrayon (şəhər) məhkəmələrinəgöndərilir.

Bundan başqa, Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 139-1-ci maddədə də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib.

Belə ki, bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda2 500 manatdan 5 000 manatadək miqdarda cəriməvə yaüç ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməilə cəzalandırılır.


Oxunma sayı: 8152

Oxşar yazılar