Merkel karantindən çıxaraq işə qayıtdı - Koronovirus hökumətinin reytinqini 72%-ə qaldırdı

  • 16:16 - 03 Aprel

Almaniya baş naziri Angela Merkel bir neçə analizinin neqativ nəticə göstərməsindən sonra karantindən çıxıb.

Avropa.info xəbər verir ki, Merkel baş nazirlik ofisinə qayıtsa da, görüşlərin əksəriyyəti video konfrans yolu ilə təşkil olunacaq.

65 yaşlı baş nazir ona peyvənd vuran həkimin koronovirus nəticəsinin müsbət çıxmasından sonra özünə karantin rejimi tətbiq etmişdi.

ARD telekanalının apardığı anket sorğusunda respondentlərin 63%-i Xristian Demokrat Birlik Partiyası ilə Sosial Demokrat Partiyasının koalisiya hökuməti fəaliyyətindən "son dərəcə məmnun" və "məmnun" olduqlarını bildiriblər.

Hökumətin koronovirusla mübarizə siyasətini bəyənənlər isə 72%-dir. 


Oxunma sayı: 3543

Oxşar yazılar