Türkiyə elm adamları birdən çox insana xidmət edəcək süni tənəffüs aparatı ixtira etdi

  • 15:38 - 03 Aprel

Türkiyə elm adamları 3D printerlə reanimasiyada olan birdən çox koronovirus xəstəsinin ehtiyacını ödəyə biləcək süni tənəffüs aparatı istehsal ediblər.

Avropa.info xəbər verir ki, Səhiyyə Elmləri Universitetinin rektoru professor Cəvdət Erdöl tibbi ehtiyacları ödəmək üçün 3D printerlərlə titandan protezlər və plastik vasitələr də istehsal etdiklərini bildirib. 

"Bununla bağlı məlumatları nazirliyə çatdırdıq. Ehtiyac olarsa, bu istehsalı həyata keçirməyə və Səhiyyə Nazirliyimizə pulsuz verməyə hazırıq. Hazırda bunu bacarmışıq" - professor Erdol deyib.

Gülhanə Tibbi və Dizayn İstehsal Mərkəzinin müdiri professor Simel Ayyıldız 3D printerləri ilə hazırlanan aparatların birdən çox xəstənin müalicəsində istifadə oluna biləcəyini bidlirib: 

"Ölkəmizdə hələ ki, belə bir ehtiyac yoxdur.  Qarşıdakı müddətdə ehtiyac olarsa və ya bizdən tələb edən yerlər olması halını nəzərə alaraq birdən çox xəstənin müalicəsini təmin edən aparatı dizayn edib istehsal etdik" 

Qeyd edək ki, yeni aparat ağır vəziyyətdə olan iki nəfərin müalicəsi üçün fəaliyyət göstərə bilir. 


Oxunma sayı: 14477

Oxşar yazılar