Avropada maska böhranı - Fransa İtaliya və İspaniya üçün gətirilən maska və əlcəkləri müsadirə etdi

  • 15:22 - 03 Aprel

Fransa İsveçin " Mölnlycke" səhiyyə şirkətinin İtaliya və İspaniya üçün idxal etdiyi milyonlarla maska və əlcəyi müsadirə edib.

Avropa.info xəbər verir ki, İsveç şirkətinin baş direktoru Riçard Tumi hadisə ilə bağlı bunları deyib:

"Fransa səhiyyə malları ixracatına qadağa qoyub. Öz malı olmadığı halda maska və əlcəkləri də müsadirə edib. Bu son dərəcə narahatedici və yaraşmaya davranışdır"

Xatırladaq ki, keçən həftə Almaniya Çindən idxal edilən və Almaniyadan tranzitlə İtaliyaya göndərilməli olan maskaları müsadirə etmişdi.


Oxunma sayı: 6612

Oxşar yazılar