İranda koronavirus dəhşəti : Ölənlərin sayı 3294 nəfərə çatdı

  • 15:00 - 03 Aprel

İranda son 24 saat ərzində koronavirusdan  134 nəfər ölüb. 

Avropa.info xəbər verir ki, bu haqda İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur dövlət televiziyasında canlı olaraq yayılan açıqlamasında bildirib. 

Cihanpur son 24 saat ərzində 134 nəfərin həyatını itirdiyini bildirərək, koronaviru yayılandan bu günə kimi ölənlərin sayının  3294-ə çatdığını deyib. İran Səhiyyə Nazirliyinin sözçüsü son 24 saatda 2715 yeni koronaviruslu xəstə aşkarladıqlarını da qeyd edib. 

Bununla da İranda kovid-19 virusuna yoluxanların sayı 53183 nəfərə çatıb.  


Oxunma sayı: 6810

Oxşar yazılar