Rusiyada epidemiyanın real miqyasının gizlədildiyini açıqlayan həkimi polis gecə vaxtı evindən apardı

  • 14:13 - 03 Aprel

Rusiya Həkimlər Alyansı həmkarlar təşkilatının sədri doktor Anastasiya Vasilyeva 20 martda sosial şəbəkə vasitəsilə video paylaşaraq epidemiyanın real miqyasının gizlədildiyini və yoluxma hallarının "pnevmoniya" kimi qeydiyyata alındığını açıqlamışdı.

Avropa.info xəbər verir ki, həmkarlar təşkilatı sədrinin bu açıqlaması Rusiyanın koronovirusla mübarizəsi məsələsində xeyli suallar yaratmışdı. Həkimlərə mühafizə vasitələrinin verilmədiyini, rəsmi şəxslərin koronovirus sözünü istifadə etməkdən yayındıqlarını iddia edən Vasilyeva bu gecə polis tərəfindən saxlanılıb.

Rusiya Həkim Alyansı həmkarlar təşkilatı "Twitter"dən açıqlama verib:

"Vasilyeva və bəzi həmkarlar üzvləri Novqorodda özünütəcrid rejimi qaydalarına pozmaqda ittiham edilərək, saxlanıblar. Barələrində protokol tərtib olunub".

Açılqamada Vasileyva və təşkilat rəhbərlərinin Novqorod Prokurorluğuna çağırılaraq ifadə verdikləri də qeyd olunur. Saxlanılan şəxslər hələ də azadlığa buraxılmayıb.

Rusiyada koronovirusla bağlı bir addımı Kreml atıb. Prezident Putin koronovirusla mübarizə addımları çərçivəsində fəaliyyətsizliyinə görə, Arxangelsk və Komi Respublikası qubernatorlarını istefaya göndərib.

Komi Respublikası başçısı Sergey Qoplikov video müraxiət paylaşaraq ona dəstək olanlara təşəkkür edib. O, istefa verdiyini açıqlayıb. Arxangelsk qubernatoru İqor Orlovun da istefası Putin tərəfindən qəbul edilib. Putin Orlovun yerinə Aleksandr Sibulskini təyin edib. 


Oxunma sayı: 8042

Oxşar yazılar