İsraildə koronovirus yoluxma sürətlə artır - Ölü sayı 37

  • 13:50 - 03 Aprel

İsraildə yeni tip koronovirusa (Kovid-19) yoluxma halı 7 min 30 nəfərə çatıb. 

Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyi 71 yaşlı daha bir kişi pasientin öldüyünü açıqlayıb. Beləliklə, ölkədə virus üzündən ölənlərin sayı 37-ə çatıb. 

Rəsmi məlumata görə, İsraildə daha a173 nəfərdə Kovid-19 koronovirusu aşkarlanıb. Xəstələrdən 115-nin vəziyyəti ağırdır, 357 nəfər sağalıb. 

Ölkədə aptek, benzindoldurma məntəqələri və banklar xaricində bütün obyektlər bağlanıb, ikidən çox adamın bir yerdə olmasına qadağa qoyulub. 


Oxunma sayı: 6348

Oxşar yazılar