"Şamaxinka"dakı piyada keçidi istifadəyə verildi - Foto

  • 13:15 - 03 Aprel

Bu gün Prezident İlham Əliyev Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində - “Şamaxinka” adlanan ərazidə tikilən yerüstü piyada keçidinin açılışında iştirak edib.

Avropa.info xəbər verir ki, bununla da yerüstü piyada keçidi istifadəyə verilib.

Hündürlüyü 5 metrdən artıq olan piyada keçidinin uzunluğu 130, eni 3 metrdir. Keçidin 3 giriş-çıxışı var.

Keçiddə xüsusi liftlər quraşdırılıb ki, bu da yaşlı və əlillərin, o cümlədən uşaq arabası ilə olanların rahat şəkildə istifadəsini təmin edəcək.

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 28139

Oxşar yazılar