Azərbaycanda 6 nəfər koronavirusdan sağaldı

  • 12:14 - 03 Aprel

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avropa.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahda məlumat verilib.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş xəstələrdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Oxunma sayı: 5996

Oxşar yazılar