Rusiya DİN-nin iki generalı həbs olundu

  • 11:43 - 03 Aprel

Rusiya İstintaq Komitəsi DİN istintaq şöbəsinin müdir müavinləri general Aleksandr Krakovska və Aleksandr Biryukova "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə cinayət işi açıb.

Avropa.info xəbər verir ki, bu barədə Basman məhkəməsi mətbuat xidməti məlumat yayıb.

DİN əməkdaşları biznesmen Albert Xudoyanın istintaq təcridxanasından ev həbsinə köçürülməsində şübhəli bilinirlər. Xüsusi işlər üzrə müstəntiq Aleksandr Bryantsevə də ittiham irəli sürülüb.

İittiham irəli sürülən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib. 


Oxunma sayı: 7613

Oxşar yazılar