Keçmiş məhkumun evindən külli miqdarda narkotik tapıldı

  • 11:40 - 03 Aprel

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyevi saxlayıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.


Oxunma sayı: 5699

Oxşar yazılar