Qırğızıstanda koronovirusdan ilk ölüm

  • 10:23 - 03 Aprel

Qırğızıstanda Kovid-19 infeksiyasından ilk ölüm faktı qeydə alınıb.

Avropa.info xəbər verir ki, bu haqda virusla mübarizə qərargahı məlumat verib. Ölən şəxsin 61 yaşlı Oş vilayəti sakini olduğu bildirilir.

Xəstə bir müddət əvvəl xaricdən ciddi xəstəlik simptomları ilə qayıdıb.

Qeyd edək ki, Qırğızıstanda koronovirusa yoluxanların sayı 116 nəfərə çatıb.


Oxunma sayı: 4808

Oxşar yazılar