Türkiyəli professordan tibbi maskalarla bağlı önəmli açıqlama

  • 10:12 - 03 Aprel

Türkiyəli professor koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün tibbi maskaların əhəmiyyətindən danışıb.

Avropa.info xəbər verir ki, professor Dərya Unutmazın sözlərinə görə, hər kəsdə potensial virus varmış kimi görmək lazımdır.

"Test sonuclarına görə koronavirusa yoluxanların 30, bəzi məlumatlara görə isə 50%-i heç simptomları göstərməyən insanlardır. Tibbi maskasız bayıra çıxmamaq zəruridir",-deyə o qeyd edib.

Türkiyəli mütəxəssis bildirib ki, tibbi maskalar virusu başqalarına yoluxdurmağın qarşısını alır. Epidemiyadan qorunmaq üçün əllərin yuyulmasının vacibliyini söylədiklərini, amma əllərin də tez-tez üzə təmas etdiyini bildirən Dərya Unutmaz maskanın bu mənada da qoruyucu olacağını deyib.

O epidemiyanın ilk yayıldığı ölkələri misal çəkib: "Çinə baxın, bu işi ən çox araşdırmış olan ölkənin vətəndaşları maskasız bayıra çıxmır".


Oxunma sayı: 4654

Oxşar yazılar