Fransız tibb alimlərindən skandal koronavirus açıqlaması: "Afrikalıların və fahişələrin üzərində sınaqdan keçirək"

  • 00:02 - 03 Aprel

Fransının LCI telekanalının qonağı olan iki fransız tibb alimi skandal sözlərlə gündəmə gəliblər.  

Avropa.info xəbər verir ki, Cochin Xəstəxanasının Reanimasiya Şöbəsinin müdiri Prof. Dr. Jan Paul Mira və Prof, Dr. Camille Locht  koronaviruslu xəstələr üçün  vərəmin müalicəsində istifadə olunan BCG peyvəndinin sınağını müzakirə edərkən skandal ifadələrə imza atıblar. 

Vərəm xəstəliyində istifadə olunan BCG peyvəndinin koronavirus xəstələrinin müalicəsində tətbiqi ilə bağlı aparılan tədqiqatlardan danışan həkimlər, bu peyvəndi ilk olaraq koronavirusun yayılmadığı Afrikadakı insanlar və fahişələr üzərində sınaqdan keçirilməsini təklif ediblər.  

"Bu araşdırmaları masqanın, müalicənin, tibbin olmadığı Afrikada edə bilmərikmi?" AİDS xəstəliyinin sınaqlarında olduğu kimi. Və ya fahişələrin üzərində sınaq həyata keçirə bilmərikmi? Çünki onlar xəstələnməyə daha yaxındırlar, qorunmurlar",- Prof. Dr. Jan Paul Mira belə deyib.

Miranın qalmaqallı sözlərinə Prof, Dr. Camille Locht dəstək verib:  "Bəli, haqlısınız. Bu araşdırma ilə paralel olaraq, Afrikada da bir araşdırma aparmağı düşünürük."  

Bu qalmaqallı açıqlamalardan sonra hər iki tibb alimi sosial mediada həkimlər sosial mediada sərt tənqid atəşinə tutulublar. Bu açıqlamaları "imperialist düşüncə" olaraq xarakterizə edən sosial media istifadəçiləri, hər iki alimi üzr istəməyə çağırıb.  Fransada sıx yaşayan Afrika mənşəli sosial media istifadəçiləri isə "Atalarımız kimi əzilmərik, lazımlı cavabı sərt verərərik", haştaqı açıblar. 

Avropa.info


Oxunma sayı: 10154

Oxşar yazılar