Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb

  • 22:10 - 02 Aprel

Rusiya Prezidenti Vladimir Putin koronavirus epidemiyası səbəbindən ölkədə qeyri-iş günlərinin aprelin sonuna qədər uzadıldığını elan edib“Virusoloqların fikrincə, dünyada, həmçinin ölkəmizdə epidemiyanın pik dövrü hələ ki, başa çatmayıb. Bu səbəbdən qeyri-iş günlərinin müddətini ayın sonuna qədər uzatmaq barədə qərar qəbul etmişəm”, - deyə dövlət başçısı vətəndaşlara müraciətində bildirib. Vladimir Putin qeyri-iş günlərində maaşların ödəniləcəyini xüsusilə vurğulayıb. Bununla yanaşı, Rusiya Prezidenti koronavirusla bağlı vəziyyətin yaxşıya doğru dəyişəcəyi təqdirdə qeyri-iş günlərinin müddətinin azaldılacağını da istisna etməyib. Qeyd edək ki, son məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 3 min 548 nəfərə, ölənlərin sayı isə 30 nəfərə çatıb.


Oxunma sayı: 5633

Oxşar yazılar