Türkiyədə koronavirus qurbanlarının sayı 356-ya çatdı

  • 21:12 - 02 Aprel

Türkiyədə son bir gündə 2 456 koronavirusa yoluxma faktı qeydə alınıb.

Avropa.info xəbər verir ki, bu barədə  Türkiyənin səhiyyə naziri Faxrəddin Qoca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135 nəfərə çatıb, ölənlərin sayı isə 79 nəfər artaraq 356 nəfərə yüksəlib.

Nazirin sözlərinə görə, dünyasını dəyişən xəstələrin 82%-i yaşı 60 və daha çox olan insanlardır. 

Bundan başqa, son sutkada daha 82 xəstə sağalıb. Beləliklə, ümumilikdə sağalanların sayı 415-ə çatıb. 

Bildirilib ki, bu gün 18 757 nəfər testdən keçib. Ümumilikdə testdən keçənlərin sayı isə 125 556 nəfərə yüksəlib.

 


Oxunma sayı: 5094

Oxşar yazılar