Zərdab rayon sakini, birinci qrup əlil Aqil Cəbrayılov : "Yeni icra başçımız Mərdan Camalzadə 28 illik problemimi həll etdi"

  • 20:54 - 02 Aprel

Zərdab rayonunun Gəlmə kənd sakini, birinci qrup əlil Aqil Cəbrayılov Avropa.info saytının elektron poçtuna məktub göndərib. 

Məktubda deyilir: 1992-ci ildən bəri müəyyən səbəblərdən həyətımi suvara bilmirdim. Bununla bağlı müraciətlərim nəticə vermirdi. Nəhayət, bir qədər əvvəl Zərdab rayonunun yeni rəhbəri Mərdan Camalzadəyə müraciət etdim və hörmətli başçı məni qəbul edərək diqqətlə dinlədi, sonra da vəziyyətlə yerində tanış olub problemin həlli yolunu müəyyənləşdirmək üçün kəndimizə səlahiyyətli nümayəndələr və mütəxəssis göndərdi. Sağ olsunlar, gəldilər, kəndimizin icra nümayəndəsinin və Gəlmə bələdiyyəsi sədrinin iştirakı ilə əraziyə baxdılar, qonşularımla, ağsaqqallarla söhbət etdilər. 

Qonşum Əlisa Şirinovu da sağ olsun, razılıq verdi, suötürücü borular vasitəsilə onun həyətindən mənim həyətimə su verilməsi təmin olundu. Çox şükür ki, indi həyətimi rahatlıqla suvara bilirəm. İnsanlara göstərdiyi diqqət və qayğıya, həssas münasibətə və ailəmizin 28 illik probleminin bir həftə ərzində həllinə görə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mərdan Camalzadəyə, eləcə də rayon İHB Aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Məmmədova, Gəlmə kənd icra nümayəndəsinə və Gəlmə bələdiyyəsinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm. Allah sizlərdən razı olsun, xeyirxah insanlar!


Oxunma sayı: 10869

Oxşar yazılar