Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 15 nəfər yaralanıb

  • 20:06 - 02 Aprel

Türkiyənin Hatay bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, vilayətin İskəndərun rayonu ərazisində ağır tonnajlı yük maşını polis-yoxlama məntəqəsindəki maşınlara çırpılıb. Nəticədə beş nəfər ölüb, on beş nəfər yaralanıb. Bildirilir ki, hadisəyə səbəb yük maşının təkərinin partlaması olub.


Oxunma sayı: 6920

Oxşar yazılar