Azərbaycanda ötən il mənimsənilən büdcə vəsaitlərinin həcmi açıqlanıb

  • 18:11 - 02 Aprel

2019-cu ildə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 2 milyon 457,4 min manat vəsaitin 563,3 min manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib. 

Hesabatda bildirilib ki, yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verməklə inzibati xətaları törətdiklərinə görə 73 nəfər vəzifəli şəxsə 66,2 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bundan əlavə əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 2,8 min manatı dövlət büdcəsinə bərpa edilib. 

Eyni zamanda aparılmış yoxlamalar zamanı aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq, nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə 5 büdcə təşkilatı üzrə 1 milyon 676,1 min manat məbləğində artıq və əsassız ödənişlərə dair yoxlama materialları aidiyyəti üzrə müvafiq hüquq mühafizə orqanlarına göndərilib. 

Hesabat ilində Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin məktublarına və məhkəmə qərarlarına əsasən, 13 təşkilatda aparılmış yoxlama ilə 3 milyon 523,2 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub, yoxlama materialları tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.


Oxunma sayı: 7382

Oxşar yazılar