Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü

  • 18:01 - 02 Aprel

Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Amankənd kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5094

Oxşar yazılar