ABŞ tarixində işsizlik rekordu - 10 milyon adam müavinət üçün müraciət etdi

  • 17:41 - 02 Aprel

ABŞ-da iki həftə ərzində işsizlik sığortası üçün müraciət edənlərin sayı 10 milyon nəfərə çatıb.

Avropa.info xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik sığortası almaq üçün bir həftə ərzində müraciə edənlərin sayının 6,6 milyon nəfər olduğunu bildirib. Keçən həftə 3,3 milyon nəfər müavinət almaq üçün müraciət etmişdi.

Kovid-19 epidemiyası nəticəsində ölkə tarixində rekord səviyyədə adamın işsizlik sığortası üçün müraciət edib. Bundan əvvəlki rekord 1982-ci ildə qeydə alınmışdı . O vaxt 695 min nəfər müraciət etmişdi.


Oxunma sayı: 15533

Oxşar yazılar