Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5500 manat vəsait ianə edib

  • 17:07 - 02 Aprel

Hazırda dünyanı cənginə alan CoVİD-19 adı verilən koronavirus dünya və ölkə mətbuatının gündəmində, eləcə də cəmiyyətimizdə əsas müzakirə mövzusudur. Məlum olduğu kimi ölkəmizdə bu bəşəri bəla ilə mübarizə məqsədilə dövlət tərəfindən müvafiq addımlar atılır və müxtəlif maarifləndirmə işləri həyata keçirilir, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Bildiyimiz kimi ilk olaraq, dövlət başçısı və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. 
Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin könüllü ödəmələr həyata keçirə biləcəyi hər birimizə bəllidir. 
Yaxın günlərdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən də 5500 manat məbləğində ianə köçürülmüşdür. Regional İdarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisələrin mədəniyyət işçilərinin kütləvi şəkildə bu aksiyaya qoşulmaq barədə könüllü müraciəti nəzərə alınaraq, onlara ödəmək istədikləri hər hansı məbləğ barədə ərizə ilə müraciət etmələri tövsiyyə olunmuşdur. 
Ağstafa Regional Mədəniyyət İdarəsinin bütün əməkdaşları, mədəniyyət işçiləri dövlət başçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən başladılan bu könüllü təşəbbüsə mütəmadi qoşularaq, Xalqımızın və Dövlətimizin sağlamlığı, birliyi naminə əsl həmrəylik nümayiş etdirəcəkdir.


Oxunma sayı: 13520

Oxşar yazılar