Koronovirus təhlükəsi növbəti aylarda da qala bilər

  • 17:08 - 02 Aprel

Yeni tip koronovirusun (Kovid-19) yayılması ilə bağlı vəziyyət yaxın aylarda da təhlükəli qala bilər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Özbəkistan Dövlət Sanitar-Epidemioloji Nəzarət Müfəttişliyinin sədri Nurmat Atabekov çıxış edib.

"Bu daha əvvəl məlum olmayan infeksiyadır. Əgər onu 202-ci ildə epidemiyaya səbəb olan respirator sindromu (SARS) ilə müqayisə etsək, vəziyyət növbəti aylarda da təhlükəli olaraq qalacaq. Çünki SARS da başqa tip koronovirus idi" - o, deyib.

Onun sözlərinə görə, virusun mövsümi tərəfi var və o, payızda qayıda bilər.

Qeyd edək ki, özbəkistanda 19 yoluxma halı qeydə alınıb. 12 xəstə sağalıb, 2 nəfər ölüb.


Oxunma sayı: 5534

Oxşar yazılar