İlk koronavirus cinayəti : "Onu öldürdüm, çünki məni koronavirusa yoluxdurdu"

  • 16:23 - 02 Aprel

Koronovirus epidemiyasının ən ağır formada yayıldığı İtaliyada koronovirus üzündən ilk cinayət törədilib.

Avropa.info xəbər verir ki, İtaliyada yaşayan Antonio De Pase adlı tibb işçisi həkim işləyən və xəstəxanada koronovirus ilə mübarizə aparan sevgilisi Lorena Quarantanı öldürüb. İtalyan mətbuatının verdiyi xəbərə görə, 28 yaşlı De Pase həkim yoldaşını "onu koronovirusa yoluxdurduğu" üçün öldürdüyünü bildirib. Çərşənbə axşamı polisə zəng edən De Pase cinayətini etiraf edib.

27 yaşlı Quarantanın cəsədini evində aşkarlaya polisi De Pasenin də biləklərini kəsərək, intihara cəhd etdiyini deyib. 

İstintaqa ifadə verən qatil "Onu öldürdüm, çünki məni koronovirusa yoluxdurdu" deyib. 

İtaliya mətbuatı De Pase və Quarantadan Kovid-19 analizi götürüldüyünü, ikisinin də analizinin mənfi çıxdığını yazır.


Oxunma sayı: 8548

Oxşar yazılar